“Səyyar qəbul otağı” həftədə 1 dəfə ölkədə fəaliyyət göstərən sahibkarlar üçün təşkil olunur ki, bu gün də bu fürsətdən Samux rayonunda fəaliyyət göstərən sahibkarlar yararlanmaq imkanı əldə ediblər.
Demokrat.az-ın məlumatına görə, rayonun Qarayeri qəsəbəsində bir araya gələn sahibkarlardan yalnız 5-i müraciətini ünvanlayıb.
SOCAR “Azəriqaz” İB-nin fəaliyyətindən razı qalan sahibkarlar isə il ərzində özlərinin yaratdığı problemin həllində köməklik istəyiblər. Daha dəqiq desək, istehlak edilən qaza görə yaranmış debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi istəyi mikrofon önündə səslənən müraciətlərin məğzini təşkil edib.
Gəncə RQİİ-nin rəhbər şəxsləri sahibkarların istəklərinə hər il olduğu kimi bu il də Birliyin səlahiyyətləri çərçivəsində baxılacağını bildiriblər.






