Türkiyədə avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Məlumata əsasən, hadisə ölkənin Diyarbəkir vilayətində baş verib.
Hadisə yerinə dərhal Təcili tibbi yardım və jandarma qrupları göndərilib.
İlkin baxış zamanı 1 nəfərin öldüyü, 4-nün isə yaralandığı müəyyən edilib.
Qeyd edək ki, avtomobildəki şəxslərin yas mərasiminə getdiyi öyrənilib.
Aysu Demokrat.az


