Gündəm Özəl

Soğanın gözyaşardan qiyməti: “Ola bilər ki, müəyyən inhisarlaşma var”— İqtisadçı

Soğanın gözyaşardan qiyməti: “Ola bilər ki, müəyyən inhisarlaşma var”— İqtisadçı

Ölkədə soğanın qiyməti bahalaşıb.

Demokrat.az xəbər verir ki, hazırda rayonlarda soğanın satış qiyməti 50-70 qəpik arası dəyişir. Paytaxt bazarlarında bir kisə soğanın qiyməti ötən illə müqayisədə 2-5 manat arası artıb. Keçən il 8-10 manata satılan bir kisə soğan bu il 12-15 manatdır. Lakin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkə üzrə bu il soğanın məhsuldarlığı ötən ilə nisbətdə artıb.

Bahalaşmanın səbəblərindən danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan soğana olan tələbatı yerli məhsul hesabına ödəyir:

Soğanın gözyaşardan qiyməti: “Ola bilər ki, müəyyən inhisarlaşma var”— İqtisadçı

“Hər il noyabr-yanvar aylarında kütləvi şəkildə soğan ixrac edilir. Bu il məhsuldarlıq daha yüksəkdir. Ola bilsin ki, soğan satışı üzrə də müəyyən inhisarlaşma var, müəyyən qrupların əlindədir. Ehtimal ki, özləri qəsdən paytaxta gətirilən soğanın miqdarını azaldır, bazarlarda süni qıtlıq yaradırlar. Həm də arxayındırlar ki, dekabr-yanvar aylarında ixrac başlayacaq, bunun üçün ehtiyat məhsul saxlaya bilərlər”.

Ekspert vurğulayıb ki, bazarlarda monopoliyanın qarşısı alınmalıdır:

“Bakıya gətirilən bütün kənd təsərrüfatı məhsulları heç də birbaşa bazara aparılmır. Böyük fermerlər məhsulu “Meyvəli” bazarına yönləndirir. Oradan da bir əldən şəhərə paylanılır. Bu zənciri qırmaq lazımdır, hökumət müdaxilə etməlidir. Nəyə görə bütün məhsullar “Meyvəli”yə gəlməli, oradan 8-ci kilometr bazarına aparılmalıdır? Elə fermer özü birabaş məhsulunu bazara aparıb, satsın. Hökumət bazarlarda monopoliyanı aradan qaldırmalıdır. Fermerin bazara çıxışına şərait yaradılmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova