Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin prezidenti Mahmud Abbasla telefonla danışıb.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata əsasən, danışıq zamanı Qəzza və onun ətrafında hərbi eskalasiya, eləcə də mülki əhalinin həyatı və regionun sabitliyi üçün təhlükə yaradan vəziyyət müzakirə olunub.
Vəliəhd şahzadə vurğulayıb ki, Krallıq davam edən münaqişəni dayandırmaq, onun regionda daha da yayılmasının qarşısını almaq üçün bütün beynəlxalq və regional tərəflərlə əlaqə yaratmağa səy göstərir.
Görüşdə şahzadə həmçinin beynəlxalq humanitar hüquqa riayət etməyin və mülki şəxsləri hədəfə almamağın vacibliyini də vurğulayıb.
Aysu Demokrat.az


