Qazaxıstan İsraildən qayıtmaq istəyən vətəndaşlarını sabah özəl təyyarə ilə Təl-Əvivdən Almatıya daşıyacaq.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan İsrail və Fələstin arasında baş verən hadisələrlə bağlı çox narahatdır:
"Biz tərəfləri vəziyyəti sülh yolu ilə həll etmək üçün siyasi vasitələr axtarmağa və təkcə iki ölkə arasında deyil, bütün Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən uzaq durmağa çağırırıq.
Hazırda baş verən hadisələrlə əlaqədar vətəndaşlarımızın təxliyəsi üçün özəl uçuşlar təşkil ediləcək. Həyatını itirən, yaralanan və ya girov götürülən Qazaxıstan vətəndaşları ilə bağlı hələki məlumat yoxdur".
Aysu Demokrat.az


