Dünya Özəl

Ərdoğan Malayziyanın baş naziri ilə danışdı

Ərdoğan Malayziyanın baş naziri ilə danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın baş naziri Ənvər İbrahimlə telefonla danışıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Rabitə Müdirliyindən məlumat verilib.

Məlumata görə, tərəflər telefon görüşməsində İsrail-Fələstin kontekstindəki son hadisələrlə bağlı qiymətləndirmələr aparıb.

Qeyd edək ki, danışığın yerdə qalan təfərrüatları ictimaiyyətə açıqlanmayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova