Hollandiya müvəqqəti hökumətinin baş naziri Mark Rutte Fələstinə maliyyə yardımını dayandırmayacaqlarını bildirib.
Demokrat.az xəbər verir ki, o, bu barədə Milli Təhlükəsizlik Şurası ilə görüşdükdən sonra mətbuata açıqlama verib.
Fələstinə maliyyə dəstəyini dayandırmayacaqlarını ifadə edən Rutte, Fələstin tərəfində “günahsız qurbanların” olduğunu bildirib.
Nazir son olaraq "Fələstinlilərlə HƏMAS arasında fərq qoymalıyıq. Biz HƏMAS-ı maliyyələşdirmirik" deyə əlavə edib.
Aysu Demokrat.az


