Region Özəl

Türkiyədə daha bir zəlzələ baş verdi

Türkiyədə daha bir zəlzələ baş verdi

Türkiyənin Malatya vilayətində zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.

Bildirilib ki, Malatyanın Yeşilyurt rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin yerin 6,96 kilometr dərinliyində olduğu müəyyən edilib.

Zəlzələdən sonra bəzi vətəndaşlar və məktəb şagirdləri küçələrə axışıb.

Qeyd edək ki, zəlzələ nəticəsində itki hadisəsi baş verməyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova