Dünya Özəl

Fransada Fələstinə dəstək nümayişlərinə icazə verilmədi

Fransada Fələstinə dəstək nümayişlərinə icazə verilmədi

Fransanın Lion şəhərində qubernatorluq Fələstinə dəstək nümayişinə icazə verməyib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata əsasən, Region Qubernatorluğu, bir çox qrupun təşəbbüsü ilə keçirilməsi planlaşdırılan Fələstinə dəstək nümayişinə icazə verməyib.

Digər tərəfdən Fransadakı yəhudi təşkilatlarının çətir təşkilatı Fransa Yəhudi Şurası (CRIF) sabah eyni şəhərdə İsrailə dəstək nümayişi keçirmək qərarına gəlib.

Qubernatorluq hələlik bu nümayişin ləğv edilib-edilməyəcəyi ilə bağlı açıqlama verməyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova