Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri oktyabrın 8-də başa çatıb.
Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


