Hadisə

Bakıda “Porsche” yük maşını ilə toqquşdu

Bakıda “Porsche” yük maşını ilə toqquşdu

Bakının Yasamal rayonunda yol qəzası olub.

Demokrat.az xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Porsche” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da minik avtomobilinə ziyan dəyib.

Qəzanın səbəbləri araşdırılır.//APA

D
demokrat.az