Dünya Özəl

İŞİD əməliyyatı: 3 terrorçu ələ keçirildi

İŞİD əməliyyatı: 3 terrorçu ələ keçirildi

Türk Polis qüvvələri Düzce bölgəsində terror təşkilatı İŞİD-ə qarşı əməliyyat keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Düzce bölgə Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən terror təşkilatlarına qarşı əməliyyat keçirilib.

Əməliyyatlar nəticəsində silahlı terror təşkilatı İŞİD-in 3 üzvü saxlanılıb.

Saxlanılanların evləri, iş yerləri və nəqliyyat vasitələrində aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova