Hadisə Özəl

Yük maşını qəza törətdi: 6 ölü, 16 yaralı

Yük maşını qəza törətdi: 6 ölü, 16 yaralı

Türkiyədə hərəkətdə olan yük maşını digər avtomobillərə çırpılaraq qəza törədib.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Qaziantep vilayətində baş verib.

Qəzada ikisi uşaq olmaqla 5 nəfər ölüb, 17 nəfər yaralanıb.

Xəstəxanaya çatdırılan yaralılardan 1 nəfəri xilas etmək mümkün olmayıb.

Bununla da ölənlərin sayı 6-ya yüksəlib. Bölgəyə çoxlu sayda səhiyyə, xilasetmə və təhlükəsizlik qüvvələri göndərilib. Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova