Hadisə

Masallıda bazarda baş verən yanğın məhdudlaşdırıldı — YENİLƏNİB

Masallıda bazarda baş verən yanğın məhdudlaşdırıldı — YENİLƏNİB

Masallı şəhərində bazar ərazisində baş verən yanğın görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.

Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

*** 15:43

Masallı şəhərində yerləşən və Köhnə bazar adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.

Demokrat.az xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Hadisə barədə əlavə məlumat veriləcək.

D
demokrat.az