Region Özəl

Yaşar Gülər ​​amerikalı həmkarı ilə danışdı

Yaşar Gülər ​​amerikalı həmkarı ilə danışdı

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​ilə ABŞ Müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda, Yaşar Gülər ​​ilə ABŞ Müdafiə naziri Lloyd James Austin arasında telefon danışığının olduğu qeyd edilib.

Görüş zamanı Suriyadakı son hadisələrin müzakirə edildiyi bildirilib.

Həmçinin, tərəflər İŞİD-ə qarşı birgə mübarizəyə hazır olduğunu açıqlayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova