Azərbaycan Respublikasının reinteqrasiyaya dair planlarında Qarabağ iqtisadi rayonunda erməni dilinin istifadəsinə imkan yaradılması nəzərdə tutulub.
Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas İsmayıl Tanrıverdi bunu müsbət dəyərləndirib.
O, Demokrat.az-a açıqlamasında deyib ki, azərbaycanlıların da erməni dilini bilməsində fayda var:
“Məndə olan məlumata görə Xankəndi və ətraf ərazilərdə qalmağa qərar verən emənilər arasında ziyalılar da var. Erməni müəllimlər də bu dili tədris edə bilər. Orada işləyən miqrasiya işçiləri, polis işçiləri və digər dövlət qurumlarının nümayəndələri erməni dilini müəyyən səviyyədə bilsələr, yaxşı olar. Bu, baş verə biləcək xəyanət, təxribat hallarının qarşısını almaq üçün vacibdir. Onların öz aralarında nə danışdığını, nə müzakirə etdiyini bilməyimizdə fayda var. Dillərini bilsək, çəkinərlər, ehtiyat edərlər.
Ermənilərin çoxu könüllü şəkildə bölgəni tərk edir. Lakin biz yenə də humanistliyimizi göstərməliyik. Hazırda bütün dünyanın gözü üzərimizdədir”.
Törə Zeynallı Demokrat.az


