Hindistan Əfqanıstan səfirliyinin fəaliyyətini dayandırdığını elan etdikdən sonra Yeni Dehlidəki səfirliyin "fəaliyyətini davam etdirdiyini" açıqlayıb.
Demokrat.az "Hindustan Times"ə istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi açıqlama verib.
O bildirib ki, nazirlik ötən həftə səfirlikdən fəaliyyətini dayandırmaqla bağlı bildiriş alıb:
"Səfirlik və konsulluqlarda çalışan əfqan diplomatlarla təmaslarımız daimidir. Son nəticələrə görə Əfqanıstanın Yeni Dehlidəki səfirliyi fəaliyyətini davam etdirir. Fəaliyyətin dayandırılması ilə bağlı rəsmi heç bir məlumat yoxdur".
Aysu Demokrat.az


