ABŞ-ın Florida ştatında 11 yaşlı uşaq anasının silahı ilə 2 nəfəri güllələyib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, 11 yaşlı uşaqla dostları arasında naməlum səbəbdən mübahisə yaranıb.
Nəticədə yeniyetmə oğlan 13 yaşlı 2 nəfəri gülləyərək yaralayıb.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları gəlib.
Yaralılar xəstəxanaya yerləşdirilib və 11 yaşlı şübhəlinin 3 həftə həbsdə saxlanılmasına qərar verilib.
Aysu Demokrat.az


