Gündəm Özəl

“Qranadada sülhün əldə olunması gözlənilən deyildi” — Politoloq

“Qranadada sülhün əldə olunması gözlənilən deyildi” — Politoloq

“Antiterror tədbirlərindən sonra Fransa Azərbaycana qarşı kəskin bəyanatlar verir. Xüsusilə Makron həqiqətə uyğun olmayan çıxışlar etdi. İrəvana səfər edən Fransa xarici işlər naziri ölkəsinin Ermənistanı dəstəklədiyini, Azərbaycanın guya erməniləri Qarabağdan zorla çıxardığını, etnik təmizləmə apardığını bildirdi. Bunlara cavab olaraq Azərbaycan Qranada görüşündən imtina etdi”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib. O qeyd edib ki, Türkiyə Prezidentinin görüşə qatılmaması da səbəblər arasındadır:

“Azərbaycan dövləti bir günlük antiterror tədbirləri zamanı suverenliyini, öz ərazilərində konstitusion hüququnu bərpa etdi. Ermənistanla problem qalmayıb. 2020-ci ilin üçtərəfli bəyannaməsinin sadəcə 9-cu bəndi icra edilməmiş qalır. O da Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır. Tək Azərbaycan deyil, Türkiyə və Rusiya da bunda maraqlıdır. Dəhlizin açılması Ermənistana da xeyir gətirəcək. Qranadada sülhün əldə olunması gözlənilən deyildi. Görüşdən imtina edilməsi yerində verilmiş qərar oldu”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova