Hərbi Özəl

NATO admiralı: “Əlimizdəki hərbi sursatları Ukraynaya ötürürük, amma anbarlarımız dolu deyil”

NATO admiralı: “Əlimizdəki hərbi sursatları Ukraynaya ötürürük, amma anbarlarımız dolu deyil”

“Qərb istehsalın artım tempinin ləng olması səbəbindən Ukraynaya silah tədarükünü demək olar ki, tükəndirib”.

Demokrat.az “Washington Post”a istinadla xəbər verir ki, bu barədə NATO-nun Kərbi Komandanlığının rəhbəri, admiral Rob Bauer açıqlama verib.

Onun sözlərinə görə, silah istehsalçıları pik tələbin öhdəsindən gəlmək üçün istehsalı daha sürətlə artırmalıdırlar.

“Biz əlimizdəki hərbi sursatları Ukraynaya ötürürük, amma anbarlarımız dolu deyil. Ona görə də biz Avropadakı yarıboş anbarlardan tədarük etməyə başlamışıq”, - deyə Bauer bildirib.

Xatırladaq ki, sentyabrın 17-də “Atlantik”in köşə yazarı, tanınmış araşdırmaçı jurnalist Kori Şeyk bildirib ki, ABŞ döyüş sursatı və silah çatışmazlığı səbəbindən genişmiqyaslı müharibəni uduzdura bilər.

Elmar Heydərli Demokrat.az

D
demokrat.az