Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə sülh sazişi bağlamağa hazır olduğunu və onun tezliklə imzalanacağına ümid etdiyini bəyan edib.
Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Paşinyan qeyd edib ki, Prezident İlham Əliyevin əvvəlcədən planlaşdırılan görüşdə iştirakdan imtina etməsinə baxmayaraq, Qranada səfərini ləğv etməyib.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan oktyabrın 5-də İspaniyanın Qranada şəhərində baş nazir Nikol Paşinyanla Prezident İlham Əliyev arasında görüş keçiriləcəyini açıqlamışdı.
Ancaq Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan, Fransa, Almaniya liderləri və Avropa Şurasının rəhbəri ilə görüşdən imtina edib. İmtinaya səbəb Fransanın ermənipərəst açıqlamaları olub.
Elmar Heydərli Demokrat.az


