Sosial

Bu şəxslərin maaşları 20 faiz qalxdı

Bu şəxslərin maaşları 20 faiz qalxdı

SOCAR və qurumun tabeliyində işləyən bütün işçilərin maaşları qaldırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 2-də əmr imzalayıb.

Əmrə əsasən, sentyabr ayının 1-dən SOCAR-ın aparat və tabeliyindəki bütün qurumlarda çalışanların aylıq vəzifə maaşı 20 faiz qaldırılacaq.

Əmrin icrası SOCAR-ın vitse-prezident Süleyman Qasımova tapşırılıb.

D
demokrat.az