Şou-biznes

Tolik dövlətdən ev istəyən müğənniləri tənqid etdi

Tolik dövlətdən ev istəyən müğənniləri tənqid etdi

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) dövlətdən ev istəyənmüğənniləritənqid edib.

Axşam.az xəbər verir ki. o, bu barədəTarixin bir günüverilişində danışıb.

"Var dövlətlərini vaxtında satıblar, yeyib-içiblər, indi pulları qurtarıb və deyirler ki, dövlət bizə ev versin. Axı niyə? Sən dövlət üçün ne etmisən? Toyda oxumusan, xalqın pulu ilə kefetmisən. Vergini ödəməmisən. Üçaya 100-200 manat ödəsələr böyük bir şeydir. Dövlətmüğənnidənsə kasıba ev verər də... Düz demirəm bəlkə? Sen gedib toyda yarım saatı 2-3 minə oxuyursan. Dövlət sənə niye ev verməlidir?Get ipoteka ilə evini al və yaşa. Bizim şəhidlərimiz hansı evlərdən çıxıb... Sən bütün günü bəzən-düzən toya get, sonra da de ki, mənim bir dənə evim var və orada paltarlarımı, əşyalarım yerləşdirmişəm. Sən bu dövlət üçün nə etdin?Bir şey deyən kimi də deyir ki, mən getmişəm əsgərlərə konsert vermişəm. Sənin borcundur onlara konsert vermək" deyə, Tolik bildirib.

NE
Nihadə Eyyubova