İraqın Mosul şəhərində şadlıq sarayında baş verən yanğında həyatını itirənlərin sayı 119-a yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Məlumata əsasən, Hamdaniyyə rayonunda baş verən yanğında həyatını itirənlərin sayı 114-dən 119-a yüksəlib.
Yaralılardan bəziləri xəstəxanaya çatdırılıb, bir neçəsi isə ağır xəsarətlərlə xəstəxanada dünyasını dəyişib.
İraq mətbuatında çıxan xəbərlərdə həyatını itirən yaralılar arasında gəlinin atasının da olduğu bildirilib.
Xatırladaq ki, Mosulun Hamdaniye rayonundakı şadlıq sarayında baş verən yanğına zalda istifadə edilən atəşfəşanlığın səbəb olduğu açıqlanıb.
Aysu Demokrat.az


