Türk Dövlətləri Təşkilatı (TDT) 14-cü ildönümünü qeyd edir.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, ilk təsisçisi "Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası" olan TDT 3 oktyabr 2009-cu ildə Azərbaycan, Qazaxıstan,Qırğızıstanvə Türkiyənin imzaladığı Naxçıvan müqaviləsi ilə yaradılıb.
Türk dünyasını ortaq tarixi və mədəni dəyərlərlə birləşdirməyi hədəfləyən TDT, üzv ölkələrlə iqtisadiyyatdan siyasətə, mədəniyyətdən turizmə, təhsildən idmana qədər müxtəlif sahələrdə əməkdaşlığın zəmininin yaradılması istiqamətində fəaliyyətlər həyata keçirir.
Aysu Demokrat.az


