Oktyabrın 1-dən avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Artıq buraxılış kartı veriləcək taksilər üçün tələblər də açıqlanıb.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, Avtomobil Nəqliyyatı haqqında Qanunda edilən dəyişikliklərdən sonra vətəndaşlar fərdi qaydada taksi fəaliyyətilə məşğul olmaq üçün mütləq şəkildə həm avtomobilləri, həm də özləri üçün xüsusi icazə vərəqələri almalı olacaqlar:
“Taksometrdən istifadə məcburi qaydada olacaq. Əgər taksi operatoru şirkətləri bu vaxta qədər sadəcə sürücülərlə müştərək çalışaraq onlara komission haqqı ödəyirdisə, bundan sonra onların qarşısında müəyyən öhədliklər də yaranacaq”.
Ekspert bildirib ki, bu öhdəliklərdən birincisi odur ki, xüsusi icazə vərəqəsi olmayan vətəndaşlar artıq taksi operatoru şirkətlərilə əməkdaşlıq edə bilməyəcək:

Törə Zeynallı Demokrat.az


