Hadisə

FHN: "Dağıntılar altından 48 erməni cəsədi çıxarılıb" — VİDEO

FHN: Dağıntılar altından 48 erməni cəsədi çıxarılıb — VİDEO

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Bu barədə Demokrat.az-a FHN-dən bildirilib.

Həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

D
demokrat.az