Dünya Özəl

ABŞ-Meksika sərhədində atılmış 2 aylıq körpə tapıldı

ABŞ-Meksika sərhədində atılmış 2 aylıq körpə tapıldı

ABŞ-ın Texas ştatında, Meksika ilə sərhəddə yerləşən Rio-Qrande şəhəri yaxınlığında iki aylıq körpə atılmış halda tapılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilib ki, patrul əməkdaşları Texas ştatının Rio Qrande şəhəri yaxınlığındakı sərhəd bölgəsində tərk edilmiş 2 aylıq uşaq tapıblar.

Qeyd edək ki, səlahiyyətlilər körpənin sağlamlığının qaydasında olduğunu və araşdırmaların davam etdiyini bildiriblər.

Aysu Demokrat.az

D
demokrat.az