Dünya Özəl

Rusiyadan 23 Britaniya vətəndaşına qarşı SANKSİYA

Rusiyadan 23 Britaniya vətəndaşına qarşı SANKSİYA

Rusiya dövləti Böyük Britaniyanın hərbi-siyasi, media və elmi ictimaiyyəti təmsil edən 23 vətəndaşına qarşı sanksiya tətbiq edib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda, ölkənin Kiyev idarəçiliyinə hərtərəfli dəstək verməklə anti-Rusiya siyasəti həyata keçirdiyi bildirilib.

Bu vəziyyətlə əlaqədar Böyük Britaniya üçün Rusiyaya giriş qadağaları siyahısının genişləndirilməsinə qərar verilib.

Bununla da daha 23 Britaniya vətəndaşının Rusiyaya girişinə qadağa qoyulub.

Aysu Demokrat.az

D
demokrat.az