Region Özəl

38 qeyri-qanuni miqrant saxlanıldı

38 qeyri-qanuni miqrant saxlanıldı

Türkiyədə aparılan yoxlamalar zamanı 38 miqrant saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

Bildirilib ki, İstanbul Polis Şöbəsinin əməkdaşları Sultanqazi bölgəsində yoxlanış əməliyyatları keçirib.

Yoxlamalar zamanı saxlanılan yük maşınında 13-ü uşaq olmaqla 38 xarici qeyri-qanuni miqrant tutulub.

Polis bölməsində prosedurları tamamlanan qeyri-qanuni miqrantlar Miqrasiya idarəsi repatriasiya mərkəzinə təhvil verilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova