Hadisə

Cəlilabadda dəhşət: Sürücü yanaraq öldü — VİDEO

Cəlilabadda dəhşət: Sürücü yanaraq öldü — VİDEO

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Alar kənd sakini 1991-ci il təvəllüdlü Elşən Cəlal oğlu Həbiyev idarə etdiyi “Mersedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan “KamAz” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Mercedes-Benz” yanıb, sürücü aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə hissəsinin texnikası cəlb olunub. Yanan avtomobil söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az