Dünya

ABŞ vətəndaşları 2024 prezident seçkilərində kimi dəstəkləyir?

ABŞ vətəndaşları 2024 prezident seçkilərində kimi dəstəkləyir?

ABŞ-nin ABC telekanalı və “Washington Post” nəşri tərəfindən 2024-cü il prezident seçkiləri üçün ölkə vətəndaşları arasında sorğu aparılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sorğu iştirakçılarının 51 faizi ABŞ-nin sabiq Prezidenti Donald Trampı dəstəkləyib.

Hazırkı ABŞ rəhbəri Cozef Bayden isə sələfindən 9 bal geri nəticə əldə edərək 42 faiz səs alıb.

Qeyd edək ki, fevral ayında keçirilən analoji sorğuda Trampa dəstək yüzdə 48, Baydenə isə 45 faiz olaraq qeydə alınıb.

NE
Nihadə Eyyubova