Azərbaycanda yenilənmiş 5 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.
Mərkəzi Bankın yaydığı məlumata görə yeni pul nişanının arxa tərəfində Dövlət Gerbinin təsviri və nişanın buraxılış ili əks olunub. Pul nişanının digər dizayn elementləri və texniki parametrləri olduğu kimi saxlanılıb. Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
Sosioloq Elçin Bayramlının fikrincə, yenilənmiş 5 qəpikliklər əvəzinə 3 manatlıq əskinazlar tədavülə buraxılmalıdır. O feysbuk hesabında yazıb ki, xırda pul funksiyasını çoxdandır ki, 1 manatlıqlar oynayır:

İqtisadçı Əkrəm Həsənov da sosioloqla eyni fikirdədir. O, Demokrat.az-a açıqlamasında deyib ki, Mərkəzi Bank ölkədə daha çox hansı əskinaza ehtiyac olduğu barədə statistika aparmalıdır: 
“Nəinki 5 qəpik, heç 10 qəpik də artıq istifadə olunmur. Xırda pula – 1-5 manata, 10 manata, 20 manata hətta ehtiyac hiss olunur. Mərkəzi Bank əvvəla statistika aparmalıdır ki, hansı əskinaza tələbat yüksəkdir. 20 və 50 qəpik nədəsə istifadə olunur, 5 qəpiklik niyə yenilənib, başa düşmürəm. Yaxşı olar ki, Mərkəzi Bank buna aydınlıq gətirsin ki, yeni 5 qəpikliyin buraxılması hansı zərurətdən doğur”.
Törə Zeynallı Demokrat.az


