Region

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var.

Demokrat.azxəbər verir ki, hadisə Ərzurum şəhərinin Horasan rayonunda qeydə alınıb.

İlkin məlumata görə, 3 nəfər ölüb, onlardan biri hadisə yerində dünyasını dəyişib. Digər ikisi isə Horasan Dövlət Xəstəxanasında həkimlərin səylərinə baxmayaraq vəfat edib.

Qəzada yaralanan sürücü və 21 nəfər xəstəxanalara çatdırılıb.//Report

D
demokrat.az