Dünya Özəl

Şimali Koreya lideri: Rusiya ilə münasibətlər daha da möhkəmlənəcək

Şimali Koreya lideri: Rusiya ilə münasibətlər daha da möhkəmlənəcək

"Rusiya ilə münasibətləri daha da gücləndirmək üçün addımlar atılmalıdır".

Demokrat.az xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen İn Rusiyaya səfərindən sonra iştirak etdiyi siyasi büro iclasında bildirib.

Onun sözlərinə görə, sonuncu səfər Şimali Koreya-Rusiya münasibətlərini yeni strateji səviyyəyə çıxarıb:

"Şimali Koreya-Rusiya münasibətlərinin inkişafı ilə bağlı uzunmüddətli planlarımız var. Mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, ikitərəfli münasibətlərin bütün sahələrdə daha səmərəli olması və səfər zamanı əldə olunan nailiyyətlərin möhkəmləndirilməsi üçün addımlar atılmalıdır".

Qeyd edək ki, sözügedən addımların nədən ibarət olacağı barədə məlumat verilməyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova