Gündəm

Ermənilərə göndərilən məhsulların həcmi AÇIQLANDI

Ermənilərə göndərilən məhsulların həcmi AÇIQLANDI

"20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcədə çörək məhsulları Qarabağda yaşayan dinc sakinlərə göndərilir".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib.

Ermənilərə göndərilən məhsulların həcmi AÇIQLANDI
Onun sözlərinə görə, FHN-nin xəttilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün ərzaq məhsullarının göndərilməsi həyata keçirilir: "Sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr və eləcədə iki ədəd içərisində çörək olan maşınlar Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı hazırda açıq olan, Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndinə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq".

M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib: "Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq".

D
demokrat.az