“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 22 sentyabr saat 11:00-da başlayacaq.
Demokrat.az-ın məlumatına görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.
Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.


