Bu əməliyyatın keçirilməsini hamı kimi mən də gözləyirdim. Ancaq Erməniliyin, Rus imperializminin və Qərb dünyasının mahiyyətini yaxşı bildiyimdən çox narahat idim. Əməliyyatın başlanmasının BMT Baş Assambleyasının iclasının başladığı günə düşməsi məni lap narahat etmişdi.
44 günlük qələbəmiz nə qədər möhtəşəm olsa, həmin müharibənin gedişinin böyük dövlətlər tərəfindən qeyd edilsə, dərslik kimi öyrənilsə də bu əməliyyatın daha möhtəşəm olması danılmazdır. Gün ərzində əməliyyat zonasından olan, demək olar bütün videomaterialları diqqətlə izlədim. Zərgər dəqiqliyi ilə aparılan əməliyyat ermənilərin “genosid”, “etnik təmizləmə” şüvənlərinə yer qoymadı.
Bu Qələbə münasibətlə Xalqımızı, Ali Baş Komandanı, əsgər və zabitlərimizi təbrik edirəm, şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Aslan İsmayılov Tanınmış vəkil


