Gündəm Özəl

“Yaxın üç gün ərzində...” — Hərbi ekspertdən Xankəndi ilə bağlı PROQNOZ

“Yaxın üç gün ərzində...” — Hərbi ekspertdən Xankəndi ilə bağlı PROQNOZ

Müdafiə Nazirliyi Qarabağda antiterror tədbirlərinin dayandırıldığını bildirdi. Xankəndinin erməni icmasının nümayəndələrilə sentyabrın 21-də Yevlaxda görüş gözlənilir. Onların Azərbaycan dövlətinin şərtləri ilə razılamaq, silahlı erməni birləşmələrininsə bölgəni tərk etməkdən başqa çıxış yolu qalmır.

İndi Azərbaycan xalqını yeganə bir sual maraqlandırır – antiterror tədbirləri və sabahkı görüşdən sonra bölgədəki münaqişəyə nöqtə qoyulacaqmı?

Hərbi ekspert Ramil Məmmədli Demokrat.az-a açıqlamasında deyib ki, artıq erməni ordusu silahı yerə qoyaraq təslim olub:

“Münaqişənin birdəfəlik həlli ilə bağlı addımlar davam etdiriləcək”.

O bildirib ki, yaxın üç gün ərzində Ermənistan ordusu birdəfəlik təslim ola bilər:

“Bununla münaqişəyə yekun vurula bilər. Amma hər şey qarşıdakı bir həftə ərzində bəlli olacaq. Əgər ermənilər tərki-silah prosesini sürətlə həyata keçirəcəklərsə, bölgədəki münaqişəyə birdəfəlik son qoyulacaq. Əks təqdirdə problemlər və çıxış yolu bəllidir”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az