Gündəm Özəl

“Antiterror tədbirlərindən sonra ermənilər Azərbaycanın şərtlərini qəbul etməyə məcburdur” — Politoloq

“Antiterror tədbirlərindən sonra ermənilər Azərbaycanın şərtlərini qəbul etməyə məcburdur” — Politoloq

“Antiterror tədbirlərindən sonra ermənilər Azərbaycanın şərtlərini qəbul etməyə məcburdur” — Politoloq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yaydığı məlumata əsasən sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək.

Görüşdən gözləntiləri Demokrat.az-a şərh edən politoloq Turab Rzayev deyib ki, Azərbaycan tərəfinin əvvəldən bir neçə xüsusi tələbi var:

“Üçtərəfli bəyanata görə erməni silahlı birləşmələri Qarabağ ərazisini təmamilə tərk etməli idilər, lakin bu yerinə yetirilmədi. Azərbaycan tərəfi yenidən bu tələblə çıxış edəcək.

Digər məsələ kommunikasiya ilə bağlıdır. Ağdam – Xankəndi yolunun və digər kommunikasiya xətlərinin açılması tələb olunur.

Üçüncüsü reinteqarasiyadır. Dəfələrlə açıq şəkildə bildirilib ki, növbəti iki il ərzində Azərbaycan bu prosesi tamamlamaq istəyir. Qarşı tərəf ilkin razılığa gəlsə də sonradan öhdəliyini yerinə yetirmədi, Yevlaxa, Bakıya gəlmədi. İndi isə antiterror tədbirlərindən sonra buna məcburdur”.

Politoloqun fikrincə, ermənilər yenə də şərtləri dəyişməyə, vaxt qazanmağa çalışacaqlar:

“Ancaq son baş verənlər göstərdi ki, biz mövqeyimizdə kifayət qədər qətiyik. Münaqişənin daha 30 il uzadılmasına yol vermək olmaz. Bəzi dövlətlər bu məsələdə dünya ictimaiyyətini Azərbaycana qarşı qaldırmağa çalışır. Fransa və Ermənistan artıq BMT Təhlükəsizlik Şurasına müraciət edib. Fransa yəqin ki, xüsusi aktivliyilə seçiləcək. Lakin onun məqsədinə nail olacağını düşünmürəm”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az