Çinin Jiangsu əyalətində baş verən tornado nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Bildirilib ki, tornado səbəbindən avtomobillər havaya uçub, elektrik xətləri sıradan çıxıb və yer müharibə zonasına çevrilib.
Tornadonun yaratdığı qəzalarda 4 nəfərin öldüyü, 5 nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyi açıqlanıb.
İlkin məlumata görə, tornadodan 5512 nəfər zərər çəkib, 1646 evə ziyan dəyib, 405 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.
Aysu Demokrat.az


