Hərbi Özəl

Artak Beglaryan qondarma rejimin rəhbərliyini təslim olmağa ÇAĞIRDI

Artak Beglaryan qondarma rejimin rəhbərliyini təslim olmağa ÇAĞIRDI

Qarabağdakı separatçıların əsas sifətlərindən olan Artak Beglaryan qondarma rejimin rəhbərliyini təslim olmağa çağırıb.

Demokrat.az xəbər verir ki, Artak Beglaryan deyib:

"Hakimiyyət" nə qədər çətin olsa da, çox tez və cəsarətli qərarlar qəbul etməli və xalqa ictimai şəkildə təqdim etməlidir. Azərbaycan qüvvələrinin müxtəlif istiqamətlərdə irəliləyişi və uğurları davam edir. Zaman əleyhimizə işləyir, Rusiya və Amerika tərəfləri də daxil olmaqla, heç bir beynəlxalq rolun müharibəni dayandırmaq istəmədiyi aydındır. Biz tək qalmışıq, ana Ermənistan belə bu mübarizədə bizi tərk edib. Belə bir açıq-aydın çıxılmazlıqda insan həyatını xilas etmək əsas prioritet olmalıdır. Bu mətni yazmaq mənim üçün çox çətindir. Hər mübarizənin görünən perspektivi olmalıdır".

Elmar Heydərli Demokrat.az

D
demokrat.az