Hərbi

MN: Laçın yolunda mülki kolonun atəşə tutulması yalandır

MN: Laçın yolunda mülki kolonun atəşə tutulması yalandır

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bu əsassız iddianı qəti surətdə təkzib edirik", məlumatda deyilir.

D
demokrat.az