Gündəm Özəl

“Azərbaycan dövləti suveren ərazilərində qaçaq-quldur dəstəsinin qalmasına dözə bilməzdi” — Politoloq

“Azərbaycan dövləti suveren ərazilərində qaçaq-quldur dəstəsinin qalmasına dözə bilməzdi” — Politoloq

“Antiterror əməliyyatlarının başladılması labüd idi. Çünki separatçılar bütün qırmızı xətləri keçmişdilər. Azərbaycana qarşı daha geniş hərbi təxribatlara hazırlıq görülürdü. Ruslar da onların yanında idi, Amerikası da, Fransası da”.

Bunu Demokrat.az-a açıqlamasında Qarabağda qanunsuz erməni hərbi birləşmələrinin son vaxtlar artan təxribatları və Azərbaycan ordusunun başlatdığı antiterror tədbirlərinin vacibliyini şərh edən politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Azərbaycan dövləti suveren ərazilərində qaçaq-quldur dəstəsinin qalmasına dözə bilməzdi:

“Rusiya sülhməramlıları onları bəsləyirdi. Müdafiə Nazirliyi hərbi əməliyyatların başladılmasına göstəriş verdi. Bunlar lokal xarakterli olacaq. Əvvəlcə terrorçulara ultimatum veriləcək, silahı yerə qoyub, açdığımız humanitar koridorla ərazimizi tərk edəcəklərsə, yaşayacaqlar"

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova