Dünya Özəl

Liviyada xilasedicilər qəzaya düşdü: 5 ölü

Liviyada xilasedicilər qəzaya düşdü: 5 ölü

Liviyada baş verən sel fəlakətindən sonra xilasetmə işləri üçün gedən Yunanıstan yardım qrupundan 5 nəfər qəza nəticəsində həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə Yunanıstanın dövlət televiziyası "ERT" məlumat yayıb.

Məlumata görə, seldən zərər çəkmiş bölgəyə Yunan xilasetmə komandası göndərilib.

16 yunan xilasedicisi və 3 tərcüməçinin olduğu avtomobil naməlum səbəbdən yolda qəzaya uğrayıb.

Qəza nəticəsində xilasetmə qrupunun 5 üzvü həlak olub. Bəzi zabitlər də yaralanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova