Gündəm

İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri Fəxri Xiyabanda olublar — FOTOLAR

İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri Fəxri Xiyabanda olublar — FOTOLAR

Azərbaycanda səfərdə olan İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin üzvləri ilə birlikdə Fəxri Xiyabanda olublar.

ATXƏM sədri İlham İsmayılovun başçılığı altında Ümummili lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını ziyarət edən qonaqlar, daha sonra Fəxri xiyabanda Azərbaycanın görkəmli şairlərinin, incəsənət xadimlərinin məzarlarını da ziyarət ediblər.

Şəhidlər Xiyabanında Azərbaycan və Türk şəhidlərinin xatirəsinə düzənlənən tədbirdə iştirak edən qonaqlar, İkinci Fəxri Xiyabanda Azərbaycanın milli qəhramanları general Polad Həşimovun, Murad Mirzəyevin, Mubariz İbrahimovun və 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarını da ziyarət ediblər. Qəhrəman şəhidlərimizin məzarı üstünə tər çiçəklər qoyulub, əziz ruhlarına dualar oxunub.

Qeyd edək ki, Səfər Karakoyunlunun rəhbərliyi altında ölkəmizdə səfərdə olan İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri bir həftə ərzində bir sıra dövlət qurumları ilə görüşlər keçirib, ATXƏM-in Qafqaz İslam Ordusu ilə bağlı təşkil etdiyi tədbirdə iştirak ediblər.

Səfər çərçivəsində qonaqlar ATXƏM-in təşkilatçılığı ilə Qubadakı Soyqırım Memorial Kompleksində də olublar.

İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri Fəxri Xiyabanda olublar — FOTOLAR
İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri Fəxri Xiyabanda olublar — FOTOLAR
İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri Fəxri Xiyabanda olublar — FOTOLAR

NE
Nihadə Eyyubova