Cari ilin avqust ayında istehlak inflyasiyası 12 faiz aşağı düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən avqustda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 108 faiz təşkil edib.
Ötən ay daha çox qarabaşaq yarması, un, çörək, təzə balıq, yumurta, süfrə marqarini, kərə, günəbaxan və qarğıdalı yağları, üzüm, yemiş, qarpız, gavalı, alma, armud, banan, pomidor, xiyar, soğan, kartof, bibər, badımсan, yerkökünün qiymətlərində ucuzlaşma olub.
İqtisadçı ekspert Eyyub Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, üzü payıza doğru mövsüm meyvə-tərəvəzlərinin qiymətində ucuzlaşma, mövsümü bitən məhsullarda isə bahalaşma müşahidə ediləcək:

Törə Zeynallı Demokrat.az


