Türkiyədə məktəbliləri daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 14 nəfər xəsarət alıb.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata əsasən, hadisə ölkənin Denizli vilayətində baş verib.
Hadisə yerinə təcili tibbi yardım işçiləri və polis komandaları göndərilib.
Aralarında məktəblilərin də olduğu 14 yaralı ətrafdakı xəstəxanalara aparılıb.
Qəzanın təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


