Dünya Özəl

Terror törədilməsində şübhəli bilinən 23 nəfər saxlanıldı

Terror törədilməsində şübhəli bilinən 23 nəfər saxlanıldı

Türkiyədə Yunanıstana qaçmağa cəhd edən PKK, İŞİD və FETÖ terror təşkilatlarının üzvü olan 23 şübhəli saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Yunanıstan Sərhədindəki aparılan əməliyyat zamanı qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 23 şübhəli şəxs yaxalanıb.

Şübhəlilərdən 20-si FETÖ, ikisi PKK, birinin isə İŞİD üzvlük cinayətlərinə görə axtarışda olduğu müəyyən edilib.

Saxlanılan şübhəlilər haqqında araşdırmalar davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova