Kolumbiyanın qərbində 5,1 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Kolumbiya Geologiya Xidməti (SGC) məlumat yayıb.
Bildirilib ki, episentri ölkənin Çoko inzibati bölgəsi olan zəlzələ yerin 30 kilometr dərinliyində baş verib.
Zəlzələ ölkənin Medellin, Manizales və Kibdo şəhərlərində də hiss olunub.
Qeyd edək ki, zəlzələdən sonra can və ya mal itkisi ilə bağlı açıqlama verilməyib.
Aysu Demokrat.az


